Anar QARACAN yepyeni bir Televiziya Proqramı açdı.

Artıq 3 ildir ki, azerbaycanlı Aparıcı ve Müğenni Anar QARACAN Türkiyenin İstanbul şeherinde fealiyyetini davam etdirir. İndi ise o izleyicilerinin qarşısına yepyeni bir Televiziya Layihesi ile çıxdı. Bele ki, Anar TRTAVAZ kanalında ''Mene de öyret - Bana da öğret'' verilişinin Aparıcılığını edir. Sözü geden layihede Anar hem LAYİHE REHBERİ, hem SSENARİST, hem de APARICIDIR. 0-10 yaş uşaq inkişaf psixologiyasından behs eden bu verilişde hem uşaqlar üçün eylendirici ve melumatlandırıcı, hem de günümüzün problemi olan uşaq-valideyn arasındakı problemlerden ve bu problemlerin helli yollarından söhbet açılır. Meqsed AZERBAYCAN-TÜRKİYEdeki uşaq inkişafı və təhsili ilə əlaqədar ortaq nöqtələrin müəyyən edilməsi ilə uşaqların və ailələrin melumatlandırılmasıdır.
Bu da verilişin resmi FACEBOOK SEHIFESIDIR: https://www.facebook.com/menedeoyret.trtavaz

SAYTIMIZ MILLINET 2013 YARIŞMASINA QATILIB

 Radio NEXT Milli İnternet Mükafatı MilliNET 2013 yarışmasına qatılıb.

 
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırılması vacibdir.
Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 23 noyabrda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli Net 2013 yekun Təqdimat mərasimin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Müsabiqəyə RİTN, Azercell və Delta Telecom şirkətləri tərəfindən dəstək verilir.

Saytımız Milli İnternet Mükafatı NETTY 2013 yarışmasına qatılıb

Radio NEXT Milli İnternet Mükafatı NETTY 2013 yarışmasına qatılıb.

NETTY2013-ün Azərbaycanın 9-cu Milli internet mükafatının keçirilməsi başlanmışdır. Müsabiqənin rəsmi startı 3 apreldə baş verdi. Mükafatın namizədlərinə iştirak üçün www.netty.az saytında qeydiyyatdan keçmək mütləqdir.
NETTY 2013-ün keçirilmə şərtlərinə müvafiq olaraq saytların, layihələrin- müsabiqə iştirakçılarının qeydiyyatına ərizələrin qəbulu 2013-cü ilin 3 apreldən cari ilin 31 mayına qədər davam edir. 1 iyundan 11 iyunadək NETTY2013 nominantlarının müəyyən edilməsi üçün Ekspert şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilir. 12 iyunda, Ekspert şurasının və Virtual münsiflər heyətinin (şura hər nominasiyada üç nominant seçir, münsiflər heyəti isə hər nominasiyada bir nominant) nominantların yekunlaşdırılmış seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın tək qalibini müəyyən edir. Göstərilən dövr çərçivəsində həmçinin yarışdan kənar hörmətli və həvəsləndirici nominasiyalar üzrə Akademiyanın səsverməsi keçirilir. NETTY2013 nominasiyalarının finalçıları rəsmən təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı qaliblərə təntənəli surətdə verilir - NETTY heykəlciyi. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər.
NETTY çərçivəsində 2013-cü ildə yeni həvəsləndirici nominasiya "Mobil qurğular üçün Ən yaxşı proqramlar" çıxdı. Nominasiya çərçivəsində iOS, WindowsPhone, Android mobil sistemləri əsasında Azərbaycanda yaradılmış ən məşhur və tələbatlı proqramlar müəyyən ediləcəklər.
Xatırladaq ki, müsabiqənin iştirakçısı və ya virtual münsiflər heyətinin üzvü müsabiqənin qaydaları ilə ziddiyyətlərə və mükafatın təşkilat komitəsi tərəfindən bəyənilmiş www.netty.az saytının ziyarətçisi ola biləcək. Müsabiqəsinin ekspert qrupu şəxsi dəvətlər əsasında müsabiqənin təşkilat komitəsi tərəfindən formalaşdırılır. Mövcud nominasiyalardan hər birində mükafatın qalibini NETTY mükafatı Akademiyası müəyyən edir. Bu il də, həmçinin, Akademiya tərəfindən ənənəvi hörmətli mükafatlar "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə" və "İlin İT-Hadisələri" kateqoriyasında mükafat veriləcək.

NETTY2013 nominasiyalarının finalçıları rəsmən bütün nominantların iştirakı ilə mükafatlandırmanın təntənəli mərasimində elan ediləcək. Müsabiqənin əsas mükafatı qaliblərə təntənəli surətdə verilir - NETTY heykəlciyi.
Bu il də, əvvəllər olduğu kimi, müsabiqə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir .
Müsabiqənin baş partnyorları ilə birgə MobiTel və Huawei şirkətləri çıxış edirlər.
Telekommunikasiya operatoru ULTEL, BakuTel sərgisi, Nurlar şirkəti, kabel operatoru KTV1-i,Ali&Nino kitab mağazaları şəbəkəsi, JIS studiyası, Happyland şirkəti müsabiqənin rəsmi Partnyorudur, Kompaniya SAZZ mükafatın texniki partnyorudur.
GoldenPay sistemi "Elektron ticarət" nominasiyasının partnyorudur. ExtraWeb studiyası " Servis-saytlar " nominasiyasının partnyorudur. Hüquqi dəstək “De Jure” hüquq firması tərəfindən həyata keçirilir.
Tədbirə İnformasiya dəstəyini Biznesinfo.az, Disput.az, Infocity.az, Navigator.az, Azərbaycan Xəbərləri- göstərir.
NETTY-in milli İnternet-mükafatı - bütövlükdə Ümumdünya şəbəkəsinin və İT-bazarın milli seqmentinin inkişafına kömək üçün yaradılmış, informasiya texnologiyaları sahəsində birinci Azərbaycan peşəkar mükafatıdır. Ən yaxşı Azərbaycan veb-layihələrini, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edən və mükafatlandıran Mükafat öz mövcudluğu illəri ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbirin reputasiyasını əldə etdi. İştiraka dəvət edirik.

Bütün dinləyiciləri saytımıza dəstək olmağa və qalib etməyə dəvət edirik.


Dərin hörmətlə,

Radio NEXT ailəsi

Radio NEXT-in dizaynı yeniləndi!

10 may 2012-ci il tarixində Radio NEXT-in veb-saytı təkmilləşdirilərək yeni dizayn və tərtibatda istifadəçilərin ixtiyarına verilmişdir.

Saytın yeni tərtibatı ilə bağlı fikirlərinizi, şikayət və təklifləriniz şərhlərdə və ya digər əlaqə vasitələrimizlə bizimlə paylaşmağı unutmayın. Yeniliklərimizi gözləməyə və izləməyə davam edin.

Radio NEXT Millinet 2011 də

MilliNet.Az – Milli İnternet Müsabiqəsində namizədik.Milli Net- Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Ötən ildə olduğu kimi Qiymətləndirmə prosesini internet istifadəçiləri tərəfindən deyil , peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması zəruridir.
Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə Delta Telecom, Azercell və HP şirkətləri tərəfindən dəstək verilir.

Deutsch Welle radiosu ilə əməkdaş olduq

Almaniyanın Deutsch Welle (Alman Dalğası) radiosu ilə müqavilə bağlamışıq. Bu radio artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Partnyorluq çərçivəsində bir çox sosial verilişlərin yayımlanması nəzərdə tutulub, həmçinin Alman dili öyrənmək istəyənlər üçün xüsusi tədris proqramı da hazırlanacaq.

Durpal Camp 2010-nun Media Partnyoruyuq

Radio NEXT FM Ukraniyada Kecirilən Durpal Camp 210-nun Rəsmi mediya Partnyorudur.
DrupalCamp Kiyev birlikdə ortaq bir mühitdə Ukrayna, Rusiya və Belarus Drupal developers gətirən bir hadisədir. Bu il Tədbirdə təcrübə və ideyaları müzakirə və mübadiləsi 400 mütəxəssislər ətrafında birləşdirir.
DrupalCamp Kiyev həm yalnız Drupal təqdim və yeni bir şey kəşf etmək istəyirəm etmiş başlanğıc yönəlmiş və professional web developers da, öz təcrübəsini bölüşməyə və mütəxəssisləri dost, professional qrup müzakirələr ola bilər. Konfransda həmçinin onların iş Drupal istifadə edərək maraqlı İnternet layihələrin proqramçılar və menecerlər üçün maraqlı bir mübahisə yer olacaq.
Bu il konfrans proqram bir az dəyişib və indi üç tam gün, bu davam edəcək:
Bir gün ibarət olacaq peşəkar təlim-siz əsas hadisəsi aparılır olur əvvəl ümumi inkişaf mövzu və Drupal istifadə yolları üzrə mütəxəssisləri tərəfindən təqdimatlar eşitmək imkanı olacaq.
Iki gün biz BarCamp haqqında canlı müzakirə üçün mühit model-bu fəal tədbirin təşkili və çalışan bütün iştirakçıları cəlb etmək üçün nəzərdə tutulmuşdur yaradacaq.

Azərbaycanda İnternet radioların inkişafında gənc təşəbbüsləri


Azərbaycanda İnternet radioların çox zəif inkişaf etdiyini bunun da bir çox səbəbləri olduğunu hamımız bilirik. Bu səbəblərdən dolayı onlardan bəziləri isə yaradıldıqdan bir müddət sonra fəaliyyətlərini dayandırmışlar. Müsahibizim gənc təşəbbüskar NEXT FM radiosunun rəhbəri Murad Qasımovdur.  NEXT FM  Aprel ayının 4-ü 2009-cu ildə ilk demo efirini yayımlayıb. Təqdimatı isə həmin ili may ayında keçirilmiş “KörpüKamp” QHT və Media konfransında olub.Dünya Tələbə Asambleyası qeyri-hökumət təşkilatının Azərbaycan nümayəndəliyinin layihəsidir. Hazırda Soutcast vasitəsilə 24 saat yayımlanır.

-Radioda hansı verilişlər yayımlanır?
-3 veriliş var. Rock Zone, Hip-Hop Time, Music NEXT və Gecə Kanalı verilişləri. Bir neçə xarici radiolarla əməkdaşlıq edirik. Hər bazar günləri Day1 radiosunun 1 saatlıq həftəlik buraxılışı yayımlanır. İyun ayından radionun verilişləri rus və türk dillərində də yayımlanacaq. Efirdə ən çox Rok, Bluz, Caz, Milli musiqi və Etno musiqisini dinləmək olar. Verilişlər olmayanda avto DJ sistemi ilə işləyir. Hazır “playlist”lərdən istifadə edirik.

-Xarici radiolarla da əlaqəniz varmı?
-Bəli. Almaniyanın Deutsch Welle (Alman Dalğası) radiosu ilə müqavilə bağlamışıq. Bu radio artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Partnyorluq çərçivəsində bir çox sosial verilişlərin yayımlanması nəzərdə tutulub, həmçinin Alman dili öyrənmək istəyənlər üçün xüsusi tədris proqramı da hazırlanacaq. Hazırda həmin müqavilə ilə bağlı radiomuzda texniki problemlərin aradan qaldırılması ilə məşğuluq.

-Radionun keyfiyyətli yayımlanmasını necə təmin edirsiz?
-Radionun 2 əlavə serveri var, bu da  texniki problemlər yaranarsa fasiləsiz və keyfiyyətli yayımı təmin etmək üçün istifadə olunur. Bunlardan biri Flatcast yayım serveri, digəri isə İradeo şirkətinin streaming platformasıdır ki, Yer.az şirkətinin hostinqində yerləşdirilib.

-Texniki problemlər işinizə nə qədər təsir edir?
-Məsələn, Amerikanın Liberty News radiosu partnyorluq təklif etmişdi. Sırf texniki şərtlərə görəimtina etməli olduq. Onlar bizdən keyfiyyətli efir istəyirdilər. Kəsilən, xırıldayan yayım onlara lazım deyil. Bizim avadanlığımız buna imkan vermir. Öz cibimizdən almışıq, sponsor yalnızinternet və ofis xərclərini ödəyir. İndi 128kb yayımımız var, arada məcbur oluruq 64-lə yayımlayırıq, əvvəl isə 32kb idi. Bizim studiyanı görəndən sonra inanmırdım ki, bundan sonra bizimlə müqavilə bağlasınlar. Halbuki, keyfiyyətli yayımın əvəzində bizə peyklə yayım təklif edirdilər. Sputniklə yayımlanacaqdıq və çanaq antenası olanlar bizi hotbir 8 ötürücüsündən dinləyə biləcəkdik. Yəni standatrlardan bir az kənara çıxıb daha böyük auditoriyaya çıxa bilərdik, lakin hotbird 8 texnologiyasının öz parametləri var, hansı ki, bizim avadanlığımız standartlara cavab vermirdi, ona görə də imtina etdik, öz məsuliyyətimizi dərk edirik.

-Studiyanız harda yerləşir?
-Bakıda bir qarajda yerləşir. Dəhşətdir demək olar ki.. Mən özüm Göyçayda yaşayıram. Bakıdakı studiyada layihə meneceri var. Ona burdan məsləhət verirəm.

-Maliyyə çətinlikləri varmı?
-Layihənin baş sponsoru Piramida Təhsil və Karyera mərkəzidir. Lakin, Özümüz Amerikanın Liberty News radiosu ilə partnyorluqdan imtina etdikdən sonra layihəni satışa çıxarmışdıq. Hətta çox ucuz qiymətə belə satmışdıq. Amma mən ona o qədər əziyyət çəkmişəm ki, buna heyfim gəldi və maliyyə böhranına qalib gəldim. Öz aylıq maaşımı radionun yaşaması üçün xərclədim. Ştatla işləyən işçilər yoxdur. Qara qəpik də almırıq işləməyimiz qarşılığında, sadəcə zövq alırıq bu işdən. Lozunqumuz da var: Turn your radio for CHANGE, yəni radio dalğanı dəyişiklik üçün çevir.

-Azərbaycanda normal səviyyəli İnternet radio açmaq üçün nə qədər xərc lazımdır?
-5000 manat yaxın.Lakin daha çox kapital daha keyfiyətli efirə yol açır.

-Radionun dinləyiciləri haqqında nə deyə bilərsiz?
-Azərbaycandan dinləyicilər azdır, xarici dinləyicilərdən daha çox dəstək alırıq. Dinləyicilərin sayı 300-500 arası dəyişir, 56% xaricilərdir, hətta İndoneziya və Yaponiyadan da dinləyicilərimiz var.

-Radionu harda reklam edirsiz?
-Harda gəldi reklam edirik, Facebookdan tutmuş bloqlara kimi. Onu da deyim ki, radio Kievdəkeçiriləcək Drupal camp Kiyev 2010 tədbirinin media partnyorudur. E-mail sistemimiz də var. Kim özünə e-mail açmaq istəsə administratora müraciət edə bilər. MSN kimi də istifadə etmək olur.

-Sizcə Azərbaycanda İnternet radioların inkişafının qarşısnı nə alır ?
-Dinləyici problemi var. Yəni çoxları hələ İnternet radionu başa düşmür, populyar deyil dinləyicilər arasında. Ən çox şikayət İnternetin sürətindəndir. Ona görə də yayımın keyfiyyətini aşağı salmağa məcbur oluruq. Dial up ilə radiomuzu dinləyənlər var. Radionun özündə insan resursu ilə bağlı problem yoxdu .Hətta növbə gözləyən könüllülər var. Onlar hər cür kömək etməyə can atır. Maliyyə ilə bağlı problemlər var. Bu da dinləyicilərin sayından asılıdır. Dinləyici daha çox olsa reklam verənlərə daha inamla müraciət edə bilərik.

-İnternet radioların lisenziyalaşdırılmasına ehtiyac olduğu barədə Əli Abbasovun dediklərinə münasibətiniz necədir? 
-Dünyanın heç yerində İnternet media, o cümlədən İnternet radioları və televiziyaları lisenziya əsasında fəaliyyət göstərmir. Çünki bu virtual məkandır, onun dövlət resurslarına heç bir aidiyyati yoxdur. Hesab edirəm ki, İnternet radio və televiziyalarını tənzimləmək qanuna və mövcud dünya təcrübəsinə ziddir. Hansısa əxlaqi məsələlərə diqqət etmək vacibdir.. Amma bütövlükdə bu qurumların lisenziya əsasında fəaliyyət göstərmələri yanlışlıqdır. Bəlkə də qəzet kimi müəyyən qeydə almalar ola bilər, amma bu heç bir halda lisenziya vermək və ya xüsusi icazə tətbiq etmək anlamına gəlib çıxmamalıdır. Hər halda dünyada belə bir praktika haqqında eşitməmişəm. Belə bir addım atılarsa, bu söz və mətbuat azadlığı çərçivəsinin daralmasına gətirib çıxara bilər.

KörpüKamp layihəsi başa çatdı


KörpüKamp konfransının ilk günü, 120-dən artıq insanın iştirakı ilə keçirildi. Konfransın iştirakçılarının əsas auditoriyası, İnternet, Media və QHT nümayəndələri idi.
KörpüKamp konfransının ilk günü, 120-dən artıq insanın iştirakı ilə keçirildi. Konfransın iştirakçılarının əsas auditoriyası, İnternet, Media və QHT nümayəndələri idi. 16 may saat 15.00`da rəsmi açılışdan sonra Körpükampda təqdimatlar silsiləsi başlandı.
Bir çox aktual mövzuları əhatə edən 10-dan çox təqdimat edildi. Təqdimatlarda yeni medianın ənənəvi mediadan üstünlükləri barədə fikirlər səsləndi, yeni mediadan səmərəli istifadə üsulları haqqında məlumat verildi. Azərbaycan internet məkanında yeni medianın rolu və inkişafının təmin edilməsi haqqında müzakirələr aparıldı. Yeni internet texnologiyaları, onların Azərbaycan internetində tədbiqi, Qeyri hökümət təşkilatlarının yeni mediadan istifadə barədə iştirakçılara məlumat verildi.
Təbirdə səslənmiş bəzi təqdimatların arasında Toğrul Məmmədov "İnternetdə qazanc.Mif yoxsa reallıq", Samir Yəhyazadə "Webmanat; Milli Məclis.Websayt və gələcəyi", Emin Hüseynzadə "Yeni media, ənənəvi mediaya qarşı, kim 1-ci öləcək", Murad Qasımov "RadioNext Yeni nəsil Media" var idi.
Bu gn davam edən tədbirin 2-ci hissəsində də İnternet-Media nümayəndələri arasında əlaqələr, İT texnologiyaları barəsində müxtəlif çıxışlar oldu.
Xatırladaq ki, “KörpüKamp” layihəsi “BarKamp Azərbaycan” təşkilatı tərəfindən “Soros” fondunun dəstəyi ilə həyata keçirilir.

 
-